AZ

Ukrayna və ABŞ rəsmilərinin görüşünün birinci raundu başa çatdı

13:29

Ukrayna və ABŞ nümayəndə heyətlərinin görüşü başlayıb.

Axar.az xəbər verir ki, görüş Səudiyyə Ərəbistanının Ciddə şəhərində keçirilir.

Ukraynanı danışıqlarda Prezident Ofisinin rəhbəri Andrey Yermak, xarici işlər naziri Andrey Sibiqa və müdafiə naziri Rüstəm Umerov təmsil edir.

ABŞ nümayəndə heyətinə isə Dövlət katibi Marko Rubio rəhbərlik edir. Eyni zamanda, danışıqlarda milli təhlükəsizlik üzrə müşavir Mayk Uolts iştirak edir.

***

Ukrayna və ABŞ nümayəndə heyətləri arasında danışıqların birinci raundu başa çatıb.

Bu barədə “Əl Ərəbiyə” məlumat yayıb.

ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşavir Mayk Uolts tərəflərin hədəfə doğru irəlilədiklərini bildirib.

Hazırda danışıqlarda fasilə elan edilib.

Seçilən
37
3
axar.az

10Mənbələr