Ukraynaya verilən F-16 qırıcıları Rusiyanın Su-35 qırıcıları ilə rəqabət apara bilməz.
NOCOMMENT.az xəbər verir ki, bunu Ukrayna Hərbi Hava Qüvvələri komandanlığının nümayəndəsi Yuriy İqnat deyib.
“Bu gün partnyorlarımızdan əldə etdiyimiz F-16-lar hava məkanında Su-35 ilə təkbətək rəqabət aparacaq qədər yeni deyil. Kompleks yanaşma lazımdır, çünki Su-35 kifayət qədər yeni bir təyyarədir”, – deyə o vurğulayıb.
Ukrayna Hərbi Hava Qüvvələrinin nümayəndəsi hesab edir ki, Ukrayna Silahlı Qüvvələrinə yerüstü hava hücumundan müdafiə sistemləri və elektron müharibə sistemlərinə kompleks yanaşma lazımdır.