"Real Madrid"in 20 yaşlı sabiq yarımmüdafiəçisi, hazırda karyerasını "Komo"da davam etdirən Nikolas Pas karyerasını İtaliya nəhənginə keçməyə yaxındır.
Fanat.Az xəbər verir ki, informasiyanı sosial şəbəkə hesabları üzərindən tanınmış jurnalist Nikolo Skira yayıb.
Mənbə gənc oyunçunun xidmətində "İnter"in maraqlı olduğunu diqqətə çatdırıb. Xəbərə görə, "Real" yetirməsini 9 milyon avro ödəyərək heyətinə qaytarmaq hüququna malikdir və bu məsələ həllini tapacağı təqdirdə, Milan təmsilçisi "Kral klubu" ilə danışıqlara başlayacaq.
Qeyd edək ki, cari mövsüm bütün turnirlərdə 26 matça çıxan Nikolas 6 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb. "Transfermarkt" portalı onun transfer qiymətini 20 milyon avro ilə dəyərləndirir.
Nihat