Ukrayna Rusiyanın təklif etdiyi atəşkəslə razılaşdıqdan sonra Ukrayna prezidenti Vladimir Zelenskini yenidən Ağ Evə dəvət ediləcək..
Poliqon xəbər verir ki, bu barədə ABŞ prezidenti Donald Tramp Ağ Evdə jurnalistlərə deyib.
Tramp həmçinin bu həftənin sonunda Rusiya prezidenti Vladimir Putinlə danışıqlar aparacağını gözlədiyini və Rusiyanın da şərtlərlə razılaşacağına ümid etdiyini bildirib.
“ABŞ Rusiyaya çatdıracaq ki, Rusiya tərəfində qarşılıqlılıq sülhə nail olmaq üçün açardır”, ABŞ prezidenti bildirib.
Tramp Ukraynanın atəşkəslə razılaşdığını, Rusiyanın da buna razı olacağına ümid edir.
Zelenskinin yenidən Ağ Evə dəvət edilib-edilməməsi ilə bağlı suala Tramp “Əlbəttə, mütləq” cavabını verib.
Poliqon.info