AZ

Tramp bu həftəsonu Putinlə danışa bilər

ABŞ prezidenti Donald Tramp deyib ki, Ukrayna lideri Vladimir Zelenskini yenidən Ağ Evə dəvət edəcək.

Modern.az-ın məlumatına görə, Tramp bunu Ağ Evdə jurnalistlərə Ukraynanın Rusiya ilə atəşkəsə razılaşdıqdan sonra bildirib.

Tramp həmçinin bu həftənin sonunda Rusiya prezidenti Vladimir Putinlə danışıqlar aparacağını gözlədiyini və Rusiyanın da atəşkəsin şərtlərilə razılaşacağına ümid etdiyini bildirib.

“Birləşmiş Ştatlar Rusiyaya çatdıracaq ki, Rusiya tərəfindən atəşkəsə qarşılıq verilməsi sülhə nail olmaq üçün açardır”, - ABŞ prezidenti deyib.

"Ukrayna atəşkəsə razılaşdı, ümid edirəm ki, Rusiya da buna razı olacaq”.

Zelenskinin yenidən Ağ Evə dəvət edilib-edilməməsi ilə bağlı suala Tramp “Əlbəttə, mütləq!” cavabını verib.

Seçilən
59
37
modern.az

10Mənbələr