AZ

Rusiyada son 30 ilin rekordu: miqrantların sayı kəskin artdı

Rusiyada 2024-cü ildəki miqrasiya artımı demək olar ki, 30 ilin ən yüksək göstəricisidir.

Publika.az xəbər verir ki, "Rosstat" 2024-cü il üçün miqrasiya artımını hesablayıb. Məlum olub ki, ötən il Rusiya Federasiyasına 4 milyondan çox miqrant gəlib və bu, 1995-ci ildən bəri rekord göstəricidir.

Rusiyada əhalinin təbii azalmasını miqrantlar demək olar ki, tamamilə (95%) kompensasiya ediblər. Bu, "Rosstat"-ın 2024-cü ilin yanvar ayı üçün “Rusiyanın sosial-iqtisadi vəziyyəti” hesabatında əksini tapıb.

2023-cü illə müqayisədə artım 2,8 dəfə çox olub, gələnlərin gedənləri üstələməsi isə 203,6 min nəfər təşkil edib. Lakin qeyd edilir ki, hesablama metodologiyası dəyişib, ona görə də buna sakit yanaşmaq lazımdır.

Seçilən
9
publika.az

1Mənbələr