AZ

"Real" Ardanı bu ulduz futbolçuyla dəyişmək istəyir

Mövsümün sonunda “Real Madrid”dən ayrılacağı irəli sürülən Arda Güler barədə yeni iddia ortaya atılıb. Metbuat.az xəbər verir ki, “Real Sosyedad” Ardanın xidmətində maraqlıdır. “TodoFichajes”də dərc edilən xəbərə görə, “Real Sosyedad” rəhbərliyi “Real” rəhbərliyi ilə əlaqə saxlayaraq Ardanın transferini müzakirə edib. Məlumata görə, “Real” da “Real Sosyedad”da çıxış edən ispan yarımmüdafiəçi Martin Zubimendini transfer etmək istəyir. “Real”ın transferi həyata keçirmək üçün Ardanı “Real Sosyedad”a təklif etdiyi irəli sürülür.

Qeyd edək ki, Martin Zubimendinin transfer dəyəri 60 milyon avrodur. Arda Gülerə Almaniya klublarından da təkliflər olduğu irəli sürülür. “Real” Ardanı icarə əsasında klubdan göndərməkdə maraqlıdır.

Seçilən
8
metbuat.az

1Mənbələr