11 mart 2025-ci il tarixində "Sağlam Gələcək Naminə" QHT Koalisiyası tərəfindən "Ailə məktəbi" çərçivəsində tədbir keçirildi.
QHT.az xəbər verir ki, iki hissədən ibarət olan tədbirin birinci hissəsində mediatrlar hüquqşünaslar, psixoloqlar və sosioloqlarla ailələrin mövcud vəziyyəti, sürətlə artmaqda olan boşanmaların əsas səbəbləri, boşanmaların uşaqlara təsiri, ailələrdə kişi və qadın münasibətləri müzakirə edildi.
Problemin həlli istiqamətində müxtəlif təkliflər səsləndirildi.
İkinci hissədə "Sağlam Gələcək Naminə" QHT Koalisiyasının üzvü "Ailələrə Sosial Dəstək" İctimai Birliyinin sədri Esmira xanım Rəhimova bu kimi maarifləndirmə və dəstək layihələrinin daha effektiv olması üçün "Ailələrin sosial müdafiə tədbirləri" mövzusunda təlim proqramı təqdim etdi.
Tədbirin ərsəyə gəlməsinə təşkilati dəstək göstərən Azərbaycan Milli QHT Forumuna təşəkkür edildi.