AZ

Pezeşkian ABŞ-yə sərt xəbərdarlıq etdi - “Nə istəyirsiniz edin”

“İran təhdid edildiyi halda Vaşinqton ilə danışıqlara getməyəcək”.

Missiya.Az “Reuters”ə istinadən xəbər verir ki, bu barədə İran Prezidenti Məsud Pezeşkian məlumat verib.

"Onların (ABŞ) əmr verməsi və təhdid etməsi bizim üçün qəbuledilməzdir. Mən sizinlə danışıqlar belə aparmayacağam. Nə istəyirsiniz, edin", - deyə siyasətçi vurğulayıb.

Pezeşkian qeyd edib ki, bizim dünya ilə əlaqələrimiz olmalıdır. Biz heç kimlə mübahisə etmək və ya döyüşmək istəmirik, amma heç kimin qarşısında da rüsvayçılıqla baş əyməyəcəyik.

“Biz ləyaqətlə öləcəyik, amma rüsvayçılıqla yaşamayacağıq. Danışıqlar hörmətlə və qarşılıqlı maraqlar əsasında aparılarsa, biz oturub danışmağa hazırıq. Bununla belə, təhdid və güc dili bizim üçün qətiyyən qəbuledilməzdir”, - deyə siyasətçi əlavə edib. 

Daşqın HəsənovMissiya.Az

Seçilən
21
missiya.az

1Mənbələr