Paris-2024 Yay Olimpiya Oyunlarının çempionu Lazizbek Mullajonov (92 kq) Bakıya gəlib.
Apasport.az xəbər verir ki, Özbəkistanlı boksçu ölkəmizdə təlim-məşq toplanışı keçəcək.
Onun Azərbaycandakı 30 günlük məşq prosesində məqsəd paytaxtımızda təşkil olunacaq “Böyük İpək Yolu” beynəlxalq turnirinə hazırlıqdır.
Olimpiya çempionu ağır çəkili boksçularımız Alfonso Dominqes (92 kq) və Məhəmməd Abdullayevlə (+92 kq) birgə məşq edəcək. Bu onların turnirə yaxşı hazırlaşması üçün faydalı olacaq.
Qeyd edək ki, Mullajonovu Heydər Əliyev Beynəlxalq Aeroportunda Parisdəki Olimpiadanın finalındakı rəqibi Alfonso Dominqes qarşılayıb.
Zidan Hümbətov “Adriatik incisi”nin qalibi olub
“Adriatik incisi”: Bir boksçumuz finala yüksəlib, üçü bürünc medal qazanıb
Yığmamız dünya çempionatına yollanıb
Daha bir boksçumuz “Adriatik incisi”ndə yarımfinala vəsiqə qazanıb
Banuçiçək Nəsirli yarımfinalda!