AZ

ÇL matçı 1 dəqiqəlik sükutla başladı

Çempionlar Liqasının 1/8 finalının “Barselona” - “Benfika” cavab oyunu 1 dəqiqəlik sükutla başlayıb.

“Barselona” bir neçə gün əvvəl dünyasını dəyişəm həkimi Karles Minyaro Qarsiyanın xatirəsini yad etmək üçün UEFA-ya müraciət ünvanlayıb. Avropanın ali futbol qurumu isə İspaniya klubunun xahişini müsbət cavablandırıb.

Xatırladaq ki, Qarsiya La Liqanın 27-ci turunun “Barselona” - “Osasuna” matçından əvvəl dünyasını dəyişib. Bu səbəbdən oyun təxirə salınıb. “Barselona” - “Benfika” oyunu dünən keçirilib.

Seçilən
12
football-plus.az

1Mənbələr