AZ

Bakıda 13 yaşlı oğlan eyvandan yıxılıb öldü

Bakıda yeniyetmənin ölümü ilə nəticələnən bədbəxt hadisə baş verib.

“Qafqazinfo” xəbər verir ki, hadisə martın 11-i saat 20 radələrində Xətai rayonu, Babək prospekti, ev 70, mənzil 94-də qeydə alınıb.

2012-ci il təvəllüdlü Hüseyn Emil oğlu Ələkbərli yaşadığı 14 mərtəbəli binanın 7-ci mərtəbəsindəki evin eyvanından ehtiyatsızlıqdan yıxılıb.

O, hadisə yerində vəfat edib.

Faktla bağlı araşdırma aparılır.

Seçilən
19
17
qafqazinfo.az

10Mənbələr