Madrid "Real"ının kapitanı Luka Modriç yeni rekorda imza atıb.

Offsideplus.az xəbər verir ki, xorvatiyalı hücumçu bu gün UEFA Çempionlar Liqasının 1/8 finalının "Atletiko"ya qarşı cavab görüşündə unikal göstəricini gerçəkləşdirib.

O, 39 yaş və ondan böyük futbolçular arasında Çempionlar Liqasında hamıdan çox oyun keçirib - 12 matç.

Luka Modriç bu göstəricidə indiyədək "Real" və "Portu"nun portuqaliyalı müdadiəçisi Pepe və "Everton", "Reyncers"in sabiq üzvü Devid Ueyrlə eyni sayda - 11 dəfə forma geyinmişdi.