AZ

Ərdoğan Tuskla nələri müzakirə etdiklərini açıqladı

Ticarət, investisiyalar, müdafiə sahəsində əməkdaşlıq sahələrində güclü potensialımız var. Bunları ətraflı müzakirə etdik.

Axar.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Polşa Baş naziri Donald Tuskla keçirilən mətbuat konfransında deyib.

“Ukraynada müharibəyə son qoymaq üçün atılacaq addımları müzakirə etmək imkanımız oldu. Suriya və Fələstin də daxil olmaqla, Avropanın təhlükəsizliyinin gələcəyi və regional məsələlərlə bağlı proseslər haqqında fikir mübadiləsi apardıq. 2024-cü ildə təxminən 12 milyard dollar çatan ticarət həcmimizi və qarşılıqlı yatırımlarımızı daha da irəli aparmaqda qərarlıyıq. Yeni ticarət hədəfimizi 15 milyard dollar müəyyən etdik. Polşa bizim beynəlxalq müqavilə sənayemiz üçün mühüm bazarlardan biridir. Xüsusilə bildirmək istərdim ki, şirkətlərimiz tərəfindən həyata keçirilən layihələrin sayının artması bizi sevindirir.

Türkiyə və Polşa NATO-nun Avropadakı iki ən böyük quru ordusuna komandanlıq edən və alyansın şərq və cənub cinahlarında yerləşən iki əsas müttəfiqdir”, - Ərdoğan vurğulayıb.

Seçilən
16
axar.az

1Mənbələr