ABŞ Energetika Nazirliyi yanında Energetika İnformasiyası Administrasiyası (EIA) Azərbaycanda 2025-2026-cı illər üçün gündəlik neft və digər maye karbohidrogenlərin hasilatı üzrə proqnozunu yeniləyib.
Finss.az EIA-nın aylıq hesabatına istinadən verdiyi məlumata görə, 2025-ci ildə ölkədə orta gündəlik neft hasilatının 630 min barel səviyyəsində qalacağı gözlənilir. Proqnozda dəyişiklik baş verməyib.
EIA-nın ehtimallarına əsasən, 2026-cı ildə isə bu göstərici 610 min barel təşkil edəcək ki, bu da əvvəlki proqnozla eynidir.
Məlumata görə, 2024-cü ildə Azərbaycanda gündəlik neft və digər maye karbohidrogenlərin hasilatı 600 min barel olub.
Xatırladaq ki, 2023-cü ildə bu göstərici 620 min barel, 2022-ci ildə 670 min barel, 2021-ci ildə isə 720 min barel olub.
Tarixi göstəricilərə nəzər salsaq, 2019-cu ildə Azərbaycanda gündəlik neft hasilatı 780 min barel, 2020-ci ildə isə 700 min barel təşkil edib.
Bu tendensiya göstərir ki, ölkədə neft hasilatında azalma davam edir və qarşıdakı illərdə də sabit səviyyədə qalması gözlənilir.
Fuad Mədətov
Finss.az