Bu fikirləri siyasi şərhçi Kazım Kazımov Olaylar.az-a açıqlamasında bildirib:
"Daha gülüncü isə budur ki, mitinqi təşkil edənlər artıq mövcud olmayan "artsax"ın qondarma "parlamenti"nin nümayəndələridir. Niyə Ermənistan hökuməti separatçı qalıqların bəyanatlar verməsinə və açıq şəkildə diplomatik korpuslar qarşısında aksiyalar keçirməsinə imkan yaradır?
İsveçrə parlamentinin bəzi dairələrinin belə bir qətnamə qəbul etməsi, açıq-aşkar erməni lobbisinin təsiri altında baş verib. Ancaq reallıq ondan ibarətdir ki, Azərbaycanın ərazi bütövlüyü tam təmin edilib və Qarabağda qanunsuz qurumlar artıq mövcud deyil. Ermənistanda və xaricdə fəaliyyət göstərən bəzi dairələrin "artsax" mifini süni şəkildə yaşatmaq cəhdləri yalnız bölgədə gərginliyi artırmağa xidmət edir.
Azərbaycan bu cür absurd çağırışları və saxta "sülh təşəbbüslərini" qətiyyətlə rədd edir. Əgər Ermənistan həqiqətən regionda davamlı sülh və inkişaf istəyirsə, ilk növbədə separatizmin son izlərini də aradan qaldırmalı, beynəlxalq arenada isə boş xəyallar arxasınca qaçmaqdan əl çəkməlidir. Əks halda, bu cəhdlər yalnız Ermənistanın özünü növbəti diplomatik və siyasi fiaskoya sürükləyəcək".
Zeynəb Rzayeva