AZ

Azəbaycanda tibbi müayinədən sonra nikahdan imtina edənlər olub? – Nazirlikdən açıqlama

Azərbaycanda nikaha daxil olmaq istəyən şəxslərin icbari tibbi müayinədən keçməsi haqqında qanun 2015-ci il iyunun 1-dən qüvvəyə minib. 

Həmin dövrdən başlayaraq ailə həyatı qurmaq istəyən gənclər məcburi tibbi müayinədən keçirilir. Burada məqsəd sağlam ailə formalaşdırmaq və uşaqların xəstə doğulmasının qarşısını almaqdır. Tibbi müayinə məcburi olsa da, hər hansı xəstəlik aşkarlandıqdan sonra belə gənclər evlənib-evlənməməyə özləri qərar verirlər. Tibbi müayinə zamanı yoxlanılan xəstəliklərə bunlar daxildir:

Məsələ ilə bağlı Ədliyyə Nazirliyindən “Cebheinfo.az”-ın sorğusuna cavab olaraq bildirilib ki, tərəflər yalnız tibbi müayinədən keçdikdən və bu barədə müvafiq arayışı əldə etdikdən sonra nikaha daxil olmaq üçün müraciət edə bilərlər: “Tibbi müayinənin nəticələri həkim sirri olduğundan nikaha daxil olmaq haqqında ərizəyə əlavə edilmir. Tibbi müayinənin nəticələri nikaha daxil olmağa maneə yaratmır. Tərəflər nikaha daxil olmaq üçün müraciət etdikdən sonra ərizənin geri götürülməsi ilə bağlı müraciət edə bilərlər, yaxud nikahın təyin edildiyi tarixdə qeydiyyat şöbəsinə müraciət etməməklə nikahın qeydiyyatından imtina edə bilərlər”. 

Seçilən
1
cebheinfo.az

1Mənbələr