AZ

AFFA hakimə fiziki təzyiq göstərən məşqçini cəzalandırıb

AFFA İntizam Komitəsi U-13 Liqasında çıxış edən "Araz Bakı UFK"nın köməkçisi məşqçisi Ramin Fərruxluya 7 oyunluq cəza verib.

"Cebheinfo.az" xəbər verir ki, buna mütəxəssisin "Binə" ilə oyunda meydana daxil olaraq hakimə fiziki təzyiq göstərməsi və qırmızı vərəqə alaraq meydandan qovulması səbəb olub.

U-14 Liqasında isə "Birlik" komandasının baş məşqçisi Zahid Əliyev 5 matçlıq cəza ilə üzləşib. O, "Baku Sporting"lə görüş ərzində və qarşılaşma bitdikdən sonra AFFA-nın və hakimlərin ünvanına təhqiredici ifadələr işlədib.

Region Liqasında isə Saatlının "Ümid" komandasının rəsmisi "Marafon"la oyunda hakimləri təhqir etdiyindən 5 matçlıq cəza alıb. Komandanın baş məşqçisi Anar Cəbrayılov da eyni səbəbdən 5 qarşılaşmada texniki zonada yer almayacaq.

"Cebheinfo.az" 

Seçilən
4
2
cebheinfo.az

3Mənbələr