AZ

Avropada qaz anbarları 36 faizə qədər boşaldı: Azərbaycanın ixracı 2 milyard kubmetrə yaxın olub

Avropanın yeraltı anbarlarında (UGS) qaz ehtiyatları üç ildən artıq müddətdə ilk dəfə təxminən 36 faizə qədər azalıb.

Ulusal.az Gas Infrastructure Europe-nin (GIE) məlumatlarına istinadən xəbər verir ki, istilik mövsümünün əvvəlindən Aİ-nin anbarlarından çıxarılan qazın xalis həcmi 65,5 milyard kubmetri ötüb.

GIE-nin məlumatına görə, martın 11-də Aİ ölkələrində yeraltı qaz anbarlarından 324 milyon kubmetr qaz götürülüb, onlara 34 milyon kubmetr qaz vurulub. Cari istilik mövsümündə qaz ehtiyatlarının yüksək istehlak templəri fonunda, yeraltı qaz anbarında yanacağın ümumi həcmi mart ayının əvvəlinə – 40,2 milyard kubmetrə düşüb. Hazırda Avropanın yeraltı qaz anbarları 36,23 faiz doludur ki, bu da son beş il ərzində bu tarix üçün orta göstəricidən 10,47 bənd aşağıdır.

Aİ elektrik enerjisi istehsalında külək enerjisinin payı fevralda orta hesabla 13 faiz, martın ilk ongünlüyndə isə 16 faiz təşkil edib. Bu ilin fevralında Avropada qazın orta qiyməti 1000 kubmetr üçün təxminən 542 dollar təşkil edib, mart ayında isə 463 dollara yaxındır.

Mart ayında terminallardan Avropa qaz nəqli sisteminə LNG tədarükü bu ay üçün rekord sürətdədir. Hazırda maye qazın yenidən qazlaşdırılması və Avropa boru kəmərlərinə vurulması gücü maksimumun 54 faizi ilə yüklənir.

Qeyd edək ki, Avropanın qaz təchizatçılarından olan Azərbaycanda yanvar-feval aylarında 8,1 milyard kubmetr təbii qaz hasil edilib. Bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 100 milyon kubmetr azdır. Energetika Nazirliyinin məlumatına əsasən qazın 2,2 milyard kubmetri “Azəri-Çıraq-Günəşli”nin, 4,3 milyard kubmetri “Şahdəniz”in, 0,3 milyard kubmetri “Abşeron” yatağının, 1,3 milyard kubmetri isə SOCAR-ın payına düşüb.

Hesabat dövründə xaricə qaz satışı 3,8 milyard kubmetr təşkil edib. Bundan 1,9 milyard kubmetr Avropaya, 1,4 milyard kubmetr Türkiyəyə (o cümlədən TANAP-la 0,9 milyard kubmetr), 0,5 milyard kubmetr Gürcüstana satılıb.Musavat.com

Seçilən
5
moderator.az

1Mənbələr