AZ

Final oyununu buraxacaq

“Liverpul” İngiltərə Liqa Kubokunun finalına ciddi itki ilə çıxacaq.

Trent Aleksander-Arnold “Nyukasl”a qarşı həlledici oyunda iştirak etməyəcək. İngilis müdafiəçi Çempionlar Liqasının 1/8 finalının PSJ ilə cavab oyununda topuğundan zədə alıb. Zədə çox ağır olmasa da, Trentin finalda iştirakının mümkün olmayacağı açıqlanıb.

İngiltərə Liqa Kubokunun finalı martın 16-da Londondakı “Uembli” stadionunda keçiriləcək.

Seçilən
26
football-plus.az

1Mənbələr