Azərbaycan millisinin futbolçuları Rahil Məmmədovla Renat Dadaşovun komandası – “Radomyak” Polşa Ekstraklassasında növbəti matçına çıxıb.
Publika.az xəbər verir ki, Radom təmsilçisi XXV turda “Lexiya”nı qəbul edib.
Oyun meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Meydana start “11-llik”də çıxan Renat 86-cı dəqiqədə əvəzlənib. Rahilin adı iştirak ərizəsinə salınmayıb.