AZ

İlham Əliyev iki sərəncam imzaladı

Nasir Əbdülkərim Əbdürrəhman “Dostluq” ordeni ilə təltif edilib.

Publika.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

Sərəncamla o, Azərbaycanla Fələstin arasında dostluq və əməkdaşlıq əlaqələrinin inkişafında xüsusi xidmətlərinə görə bu mükafata layiq görülüb.

xxx

Prezident İlham Əliyev Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin hərbi qulluqçularının təltif edilməsi barədə sərəncam verib.

Publika.az xəbər verir ki, qərarda bildirilib ki, xidməti vəzifələrini yerinə yetirərkən fərqləndiklərinə görə Azərbaycan Respublikası Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin aşağıdakı hərbi qulluqçuları təltif edilir:

3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə

Əsgərov Vasif Asif oğlu – polkovnik-leytenant

Mirzəyev Ruslan Cəmil oğlu – polkovnik-leytenant

“Vətən uğrunda” medalı ilə

İsmayılov Ramin Əfsələddin oğlu – polkovnik-leytenant

Behbudov Nofəl Arif oğlu – mayor

Seçilən
11
30
publika.az

10Mənbələr