Bakı, 18 mart, AZƏRTAC
"Türkman irsi: vətəndaş cəmiyyətlərinin həmrəyliyi" forumu böyük bir yolun başlanğıcdır. Ona görə də QHT-lər bir araya gələrək, Türk dünyasını daha da gücləndirməyə töhfə verə bilər”.
AZƏRTAC xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı, QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvü Azər Allahverənov "Türkman irsi: vətəndaş cəmiyyətlərinin həmrəyliyi" adlı forumda söyləyib.
A.Allahverənov bildirib ki, vətəndaş cəmiyyətləri bir çox məsələlərin önündə getdiyi üçün Türk dünyası üçün də nələrsə edə bilərlər.