AZ

Füzulinin işğaldan azad edilmiş iki kəndi qazlaşdırılır - VİDEO

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi tərəfindən işğaldan azad olunan ərazilərdə infrastrukturun bərpası və yenidən qurulması istiqamətində hərtərəfli işlər görülür.

 

Sfera.az xəbər verir ki, görülən işlərin davamı olaraq Füzuli rayonunun Dövlətyarlı və Dədəli kəndlərinin təbii qazla təmin edilməsi üçün daşıyıcı qaz kəmərlərinin tikintisi işləri aparılır.

 

Dövlətyarlı kəndinin daşıyıcı qaz kəmərinin tikintisi üçün ümumi uzunluğu 4 050 metrədək müxtəlif diametrli polad və polietilen borulardan istifadə olunur. Diametri 325 mm olan xüsusi izolyasiya olunmuş polad boru kəməri Quruçay çayının aşağı hissəsindən keçiriləcək, digər daşıyıcı kəmərə birləşdiriləcək.

 

Dədəli kəndinə də daşıyıcı qaz kəmərinin çəkilişi işləri icra olunur. İlk olaraq Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) tərəfindən kəmərin keçəcəyi dəhliz boyunca ərazilər minalardan təmizlənib, daha sonra qaz kəmərinin çəkilişi işlərinə başlanılıb.

 

Kəndə daşıyıcı qaz kəmərinin çəkilişi üçün ümumi uzunluğu 14 500 metrədək müxtəlif diametrli polietilen borulardan istifadə olunub ki, artıq işlərin yaxın günlərdə tamamilə yekunlaşacağı nəzərdə tutulub.

 

phrase_var_article.chosen
568
30
sfera.az

10phrase_var_article.sources