AZ

Əsabil Qasımovla bağlı sensasion fakt üzə çıxdı

“Keçmiş deputat, "Karat" Holdinqin sahibi Əsabil Qasımov Rusiyada olduqca bahalı yaşayış kompleksi tikintisinə başlayıb...Azərbaycanda taxıl və un biznesindən qazandığı vəsaitləri böyük ölçüdə Rusiya iqtisadiyyatına yatıran sabiq deputat Kislovodsk şəhərindəki layihəsinə 50 milyon dollar vəsait (4.6 milyard rubl) xərcləyəcək. Layihə çərçivəsində88.5 min kv. metr sahəsi olan 1100 mənzildən ibarət 17 binanın, fitnes mərkəzinin, 300 maşınlıq parkının, üzgüçülük hovuzunun və ümumilikdə 11.5 min kv. metr sahəsi olan ticarət mərkəzinin tikintisi nəzərdə tutulur”.Poliqon-un xəbərinə görə, bu barədə araşdırmaçı jurnalist Cavanşir Həsənli məlumat yayıb.“Kompleksin tikintisi bu ilin martında təsis edilmiş "ZAMKOVAYA" MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ (ООО "ЗАМКОВАЯ") tərəfindən həyata keçiriləcək və 2027-ci ildə başa çatdırılacaq. "ZAMKOVAYA" MMC-nin 100 faiz payla təsisçisi Qasımovlar ailəsinə məxsus " EKSPO" MMC-dir. "EKSPO" MMC-nin təsisçisi isə 80 faiz payla Azərbaycanda hüquqi qeydiyyatda olan "KARMEN" MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ-dir. Digər 20 faizlik pay isə "Karat" Holdinqin Rusiyada təsis etdiyi "Aqros" MMC-yə məxsusdur” – o bildirib.Bir gökdelen görseli olabilirPoliqon.info

Seçilən
598
1
poliqon.az

2Mənbələr