Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti (İH) uçot dərəcəsinin 0,5 faiz bəndi azaldılaraq 8,5 %-dən 8 %-ə endirilməsi barədə qərar qəbul edib...Poliqon bu barədə AMB-yə istinadən xəbər verir.Məlumata görə, faiz dəhlizinin aşağı həddi 0,5 faiz bəndi azaldılaraq 7 %-dən 6,5 %-ə, yuxarı həddi isə 0,5 faiz bəndi azaldılaraq 9,5 %-dən 9 %-ə endirilib."Bu qərar faktiki və proqnozlaşdırılan inflyasiyanın hədəf dəhlizində (4±2%) olması, inflyasiya gözləntilərinin stabilləşməsi, eləcə də valyuta bazarında izafi təklif nəzərə alınmaqla qəbul edilib", deyə AMB bəyan edib.Bu qərar sabahdan qüvvəyə minir. Faiz dəhlizinin parametrləri ilə bağlı qәrarların 2024-cü il üzrə ictimaiyyətə açıqlanması qrafiki bu ilin sonunda açıqlanacaq.Poliqon.info
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta