AZ

“Gələcəyin zəkalıları” adlı intellektual yarış keçirilib

Azərbaycan Respublikası Təhsil Nazirliyinin maliyyə dəstəyi ilə Təhsildə inkişaf innovasiyaları üzrə VI qrant müsabiqəsinin qalibi olmuş 182 saylı tam orta məktəb “Gələcəyin zəkalıları” adlı layihəni həyata keçirib.
Layihə çərçivəsində “Nə? Harada? Nə zaman?” formatında intellektual yarış təşkil olunub. Yarış 28.11.2022, 12,12.2022 tarixləri aralığında Binəqədi rayon 182 saylı tam orta məktəbdə 10 gün davam edib. Açılış mərasimində giriş sözü ilə çıxış edən layihə rəhbəri iştirakçılara uğurlar arzulayıb və layihənin məqsədilə bağlı məlumat verib.
Rəsmi hissədən sonra hər gün 20 komandanın iştirak etdiyi turnir açıq elan olunub. Turnirdə ümumilikdə 200 komandanın tərkibində 1000-dək şagird iştirak edib.

“Gələcəyin zəkalıları” adlı intellektual yarışın gərgin keçən yekun mərhələsi 8 komanda arasında baş tutub. Qaliblər sertifikatla təltif ediliblər.

Seçilən
91
femida.az

1Mənbələr