“Azərişıq” ASC-yə məxsus 9250 manatlıq naqil oğurlanıb
“Azərişıq” ASC-yə məxsus 9250 manatlıq naqil oğurlanıb.
Bu barədə Femida.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, Neftçala Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində noyabrın 20-də Beçtalı kəndi ərazisində “Azərişıq” ASC-yə məxsus 9250 manat dəyərində 2500 metr naqil oğurlamaqda şübhəli bilinən kənd sakini, əvvəllər də oğurluğa görə məhkum olunmuş Şahlar Əhmədov saxlanılıb, bir nəfərin isə şəxsiyyəti müəyyən olunub.