AZ

48 il günahsız yerə həbs yaşadı, 71 yaşında azadlığa çıxdı...

Image

ABŞ-ın Oklahoma ştatının məhkəməsi qətlə görə 48 il həbs cəzası yaşayan 71 yaşlı Qlin Simmonsa bəraət verib. “Associated Press” agentliiyi bu barədə məlumat yayıb. Agentlik məhkəmənin hakimi Emi Palumbodan sitat gətirib: “Məhkəmə konkret və inandırıcı dəlillərə əsaslanaraq müəyyən edib ki, qətl hadisəsi Simmons tərəfindən törədilməyib”.

Qeyd edək ki, amerikalı 1975-ci ildə ölüm cəzasına məhkum edilib, 1977-ci ildə isə onun cəzası ömürlük həbslə əvəz olunub. Simmons 48 il 1 ay 18 gün həbsdə yatıb ki, bu, ABŞ tarixində ədalət səhvinin qurbanı üçün ən uzun cəzadır. Onun dövlətdən 175 min dollar məbləğində təzminat tələb etmək hüququ var.

Mətləb






Seçilən
338
15
baki-xeber.com

10Mənbələr