AZ

“Stress orqanizmin düşmənidir” - Həkimdən XƏBƏRDARLIQ

Kədərli, gərgin və əsəbi keçən bir gün insan bədənində artıq çəkiyə səbəb olur. 50 yaşdan yuxarı 58 könüllü qadınla aparılan araşdırmalarda alimlər əvvəlcədən hər bir qadının qanında şəkərin, insulinin, kortizol və triqliseridlərin miqdarını ölçüblər, stressin səviyyəsini müəyyən ediblər, habelə metabolik sürəti hesablayıblar. Sonra onlara tərkibi 930 kalori və 60 qram yağ olan (gündəlik normadan artıq) yemək verilib. Yeməkdən sonra onlardan yenidən analizlər götürülüb. Tədqiqatlar son bir sutka ərzində stress keçirən qadınlarda qidanın səmərəsinin az olduğunu üzə çıxarıb. Xüsusilə, onlarda yağların oksidləşməsi əhəmiyyətli dərəcədə aşağı olub. Məlum olub ki, yeyilmiş qida enerji vermək əvəzinə artıq çəki yaradır.

Mövzu ilə əlaqədar dietoloq Sevda Kazımova MediaPost-a açıqlama verib.

Onun sözlərinə görə, stress həftələr boyu sürərsə, vücudda piylənmə artır: “Stress də çəki artmasının səbəblərindən biridir. Çünki, stress zamanı vücudumuzda kartizol deyilən bir maddə əmələ gəlir.

alt

Bu da piy hüceyrələrini hərəkətə gətirir və enerjinin fəaliyyətini əngəlləyir. Stress həftələr boyu sürərsə, vücudda piylənmə artır. Ona görə də həmişə özünüzə xüsusi vaxt ayırın. Stressin öhdəsindən gəlmək üçün kiminləsə danışın və ya düşündüklərinizi yazın. Stress həm də yuxu pozğunluğuna səbəb olur. 6 saatdan az yatan və ya 8 saatdan çox yatan insanların da maddələr mübadiləsi zəifləyir, bioloji ritm pozulur və bununla əlaqədar da çəki artımı ehtimalı çoxalır. Stress orqanizmin düşmənidir. Stress anında qan şəkərinin tarazlığını pozur, anidən yüksəlib enməsinə gətirib çıxarır. Qan şəkəri yüksələn zaman mədəaltı vəzimiz insulin hormonu ifraz edir. Nəticə stresin də artıq çəkiyə səbəb olduğunu göstərir”.

Fidan Ramazan

Seçilən
69
mediapost.az

1Mənbələr