AZ

Vuçiç Belqradda iğtişaşlar zamanı 35 nəfərin saxlanıldığını açıqlayıb

Belqrad şəhər administrasiyası qarşısında baş verən iğtişaşlar nəticəsində 35-dən çox adam saxlanılıb. Bunu Serbiya prezidenti Aleksandr Vuçiç Pink telekanalının efirində deyib.Onun sözlərinə görə, etirazçılar dövlətə külli miqdarda ziyan vurublar. Vuçiç əlavə edib ki, hazırda iğtişaşda iştirak edən bəzi şəxslərin axtarışı aparılır, onlar gecə saatlarında həbs olunacaqlar. "Harada olurlarsa olsunlar, gizlənə bilməyəcəklər", - Serbiya lideri vurğulayıb.Qeyd edək ki, вekabrın 25-nə keçən gecə etirazçılar Belqradın mərkəzi küçələrini bağlayıb və şəhər administrasiyasının binasına basqın etməyə cəhd ediblər. Etirazlar parlament seçkilərindən sonra başlayıb.

Seçilən
561
afn.az

1Mənbələr