AZ

İcma: Ermənistan XİN sülhə qarşı çıxır

Ermənistan Xarici İşlər Nazirliyi iki ölkə arasında sülhün bərqərar olmasına qarşı çıxmaqda davam edir. Azərbaycanı “etnik təmizləmə”də günahlandıran Ermənistan xarici işlər nazirinin müavini “erməni mədəni irsi” ilə bağlı Qarabağa UNESCO missiyasının göndərilməsinə dair çağırış edib.
Bu barədə Qərbi Azərbay­can İcmasının açıqlamasında bildirilib. 
İlk növbədə vurğulamaq istərdik ki, təxminən, 30 illik bir dövrdə işğal edilmiş torpaqlar­da Azərbaycan xalqının mədə­ni irsini dağıdan, təhqir edən və UNESCO missiyasının hə­min ərazilərə göndərilməsinə mane olan Ermənistan olub. 
UNESCO-nun fakt-araşdı­rıcı missiyası əsrlər boyu Azər­baycan xalqının yaratdığı zən­gin mədəni irsin monitorinqi məqsədilə məhz Ermənistana göndərilməlidir. Qərbi Azər­baycan İcması bu məsələni dəfələrlə qaldırıb. Lakin Ermə­nistan nəinki UNESCO mis­siyasına imkan vermir, hətta Azərbaycan xalqının mədəni irsinin mövcudluğunu belə da­nır.
Ermənistan diplomatiyası riyakarlığa və destruktiv fəa­liyyətə son qoymalıdır”, – deyə açıqlamada qeyd olunub.

Seçilən
80
24
xalqqazeti.az

10Mənbələr