AZ

Qərargah rəisi: Ermənilər minaların təmizlənməsini əngəlləmək üçün süni maneələr də yaradıblar

"Ermənilər əraziləri minalarla çirkləndirərkən minaların təmizlənməsini əngəlləmək üçün müəyyən süni maneələr də yaradıblar".
APA-nın Qarabağ bürosu xəbər verir ki, bunu FHN-in Xususi Riskli Xilasetmə Xidmətinin Mina əleyhinə xususi təyinatlı taborunun qərargah rəisi Səbuhi Sarıyev deyib.
Bildirib ki, Fövqəladə Hallar Nazirliyi Xüsusi Riskli Xilasetmə Xidmətinin xüsusi təyinatlı hərbi hissəsi işğaldan azad olunmuş ərazilərdə minalardan və partlamamış hərbi sursatlardan təmizlənməsi əməliyyatlarını sürətlə davam etdirir: “Bu vaxta qədər Ağdamın bir neçə istiqamətində, əsasən yaşayış məntəqələri, su hövzələri, yolların keçdiyi ərazilərdə təmizləmə işləri həyata keçirmişik. Mina təmizləmə işləri zamanı bütün minalı ərazilərdə çoxlu sayda metal qırıntıları aşkar edilir. Bu da mina təmizləmə işlərində bir qədər çətinlik yaradır. Mina sahəsində metal qırıntıları detektorda təhlükə siqnalı verir. Siqnal verən maneənin aşkar edilməsi xeyli vaxt itkisinə səbəb olur, ancaq bütün bunlara baxmayaraq, mina təmizlənməsi işləri sürətlə gedir".

Seçilən
64
8
xalqcebhesi.az

10Mənbələr