"Qarabağ"ın qapıçısı Andrey Lunyov Avropa Liqasının qrup mərhələsində qurtarış sayına görə üçüncü pillədə yer almasına münasibət bildirib.
MediaPost xəbər verir ki, rusiyalı qolkiper bu barədə "Match TV"yə açıqlama verib.
Təcrübəli oyunçu bunun onun üçün çox da əhəmiyyətli olmadığını bildirib: "Komandanın nəticəsi önəmlidir. Bu siyahıya daxil olmaq xoş və əladır. Amma bu, mənim üçün çox şey ifadə etmir. Mən, sadəcə, işimi görməyə çalışıram. Ona görə də burada heç bir super nailiyyət yoxdur".
Qeyd edək ki, "Qarabağ" qrup mərhələsinin VI turunda Bakıda İsveçin "Hakken" klubunu 2:1 hesabı ilə məğlub edərək, tarixində ilk dəfə bu turnirin pley-offuna vəsiqə qazanıb. Komanda bu raundda Portuqaliya təmsilçisi "Braqa" ilə üz-üzə gələcək.