AZ

Ermənistanı yenidən silahlandıranlar məqsədlərinə nail ola bilməyəcək - TURAL GƏNCƏLİYEV

Milli Məclisin deputatı Tural Gəncəliyev Ermənistanı yenidən silahlandıranların məqsədlərinə nail ola bilməyəcəklərini bildirib. SİA-nın məlumatına görə, o, parlamentin dekabrın 26-da keçirilən plenar iclasında çıxışı zamanı deyib ki, bu günlərdə mətbuatda Fransanın Evian-le Ba şəhərində yerləşən parkda Xurşidbanu Natəvanın irsinə qarşı təhqiramiz hərəkətlərin edildiyi barədə məlumatlar yayılır."Ermənistanı yenidən silahlandıranlar revanşist qüvvələri alovlandırmaq məqsədi güdürlər, amma buna nail ola bilməyəcəklər. Təəssüflər olsun ki, vaxtilə Ermənistandan manipulyasiya aləti kimi istifadə edən, sonradan xunta rejiminin əli ilə Qarabağda xaos yaratmaq istəyən Fransa indi Azərbaycan mədəniyyətinə qarşı, Qarabağın, mədəniyyətimizin simvolu olan Xurşidbanu Natəvana qarşı belə hərəkətlərə yol verir. İroniya ondan ibarətdir ki, dünyada mədəni və qeyri-mədəni irsin qorunmasına məhsul olan UNESCO-ya ev sahibliyini Fransa edir. Bu da çox təəssüfedici haldır. Ümumiyyətlə, Fransanın irtica siyasətini ifşa edən rıçaqlarımızı işə salmalıyıq. Fransa insan hüquqları, mədəni irslə bağlı Azərbaycana və dünyanın digər ölkələrinə dərs keçəcək sonuncu ölkədir", - T.Gəncəliyev deyib.

Seçilən
67
4
sesqazeti.az

8Mənbələr