Mərkəzi Seçki Komissiyası (MSK) prezidentliyə namizədliyinin irəli sürülməsi təsdiqlənən daha 8 şəxsin səlahiyyətli nümayəndələrini qeydə alıb.
NUHÇIXAN-ın məlumatına görə, məsələ barədə komissiyanın dekabrın 26-da keçirilən iclasında MSK katibi Arifə Muxtarova məlumat verib.
Müzakirələrdən sonra prezidentliyə namizədliyi özü tərəfindən irəli sürülən Sərvan Kərimov, Mətləb Mütəllimli, Abutalıb Səmədov, Fikrət Yusifov, Yusif Bağırzadə, Arzuman Abdulkərimov, Yunus Oğuz və Qulamhüseyn Əlibəylinin səlahiyyətli nümayəndələri qeydə alınıb.
Qeyd edək ki, 2024-cü il fevralın 7-də Azərbaycanda növbədənkənar Prezident seçkiləri keçiriləcək.
Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta