AZ

ABŞ və İsrail Qəzzada döyüşlərin intensivliyini azaltmağı müzakirə ediblər

ABŞ prezidenti Co Baydenin administrasiyası İsrailin strateji planlaşdırma naziri Ron Dermer ilə münaqişə ilə bağlı danışıqlar apararaq, xüsusən də Qəzza zolağında yəhudi dövlət ordusunun fəaliyyətinin intensivliyinin azaldılmasını müzakirə edib. Bizimyol.info xəbər verir ki, bu barədə çərşənbə axşamı mənbəyə istinadən CNN məlumat yayıb. Məlumat verən şəxsin sözlərinə görə, görüşdə ABŞ prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Ceyk Sallivan və dövlət katibi Entoni Blinken iştirak ediblər. Telekanalın məlumatına görə, görüş dörd saata yaxın davam edib. Tərəflər HƏMAS-ın mühüm obyektlərində maksimum konsentrasiyanı nəzərdə tutan “münaqişənin növbəti mərhələsinə keçidi” müzakirə ediblər. Telekanalın qeyd etdiyi kimi, tərəflər anklavda humanitar vəziyyətin yaxşılaşdırılması, girovların azad edilməsi və Qəzzada münaqişədən sonrakı vəziyyətə də toxunublar. CNN-in vurğuladığı kimi, ABŞ rəsmiləri İsrailin 20 mindən çox insanın ölümünə səbəb olan “intensiv müharibədən” əl çəkəcəyinə ümid edirlər. Qadir, Bizimyol.info

Seçilən
361
50
bizimyol.info

10Mənbələr