AZ

DYP küləkli hava ilə bağlı yol hərəkəti iştirakçılarına xəbərdarlıq edib

Bakı şəhər Yol Polisi İdarəsi dekabrın 27-si və 28-də müşahidə olunacaq hava şəraiti ilə əlaqədar hərəkət iştirakçılarına xəbərdarlıq edib.

İdarədən bildirilib ki, sürücü və piyadalar diqqətli olmalıdırlar:

"Bakı şəhər DYP İdarəsi verilən proqnozla əlaqədar bütün hərəkət iştirakçılarına müraciət edərək küləkli havada həyat və sağlamlığımızın təhlükə altında qalmaması, eləcə də nəqliyyat vasitələrinə ziyan dəyməməsi üçün yollarda ehtiyatlı olmağı, qabaqlayıcı tədbirlər görməyi tövsiyə edir.

Sürücülər meteoroloji şəraitə uyğun sürət həddi seçməli, küləkli havada yolun kənarları qapalı olan hissəsindən və ya tunellərdən açıq əraziyə çıxarkən, həmçinin çöllükdə avtomobilin hərəkət istiqamətinin qəflətən dəyişmə ehtimalının yüksək olmasını nəzərə almalı, nəqliyyat vasitələrini tikinti işləri aparılan yerlərin, ağacların, iri həcmli reklam lövhələrinin, ümumiyyətlə küləyin təsiri nəticəsində aşma, yaxud qopma ehtimalı olan digər əşyaların yaxınlığında və ya atında saxlamamalıdırlar.

Seçilən
118
45
aznews.az

10Mənbələr