AZ

Müsadirə edilmiş əmlakların hərracı keçiriləcək

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən müsadirə edilmiş əmlakların yanvarın 24-də satışı üzrə hərrac keçiriləcək.
Hafta.az Əmlak Məsələləri Dövlət Xidmətinə istinadla xəbər verir ki, hərraca 95 əmlak çıxarılıb. Bunların sırasında əmlak kompleksi, qeyri-yaşayış sahəsi, torpaq sahəsi, müxtəlif markalı telefonlar və nəqliyyat vasitələri var.
Hərracda iştirak üçün zəruri sənədləri təqdim etmək, satılan əmlakın ilkin satış qiymətinin 10 faiz həcmində behi ödəmək tələb olunur. Sifarişlər Əmlak Xidmətləri Məkanında (Bakı şəhəri, Nizami rayonu, Xəlil Rza Ulutürk küçəsi, 20 ünvanında) hərracın keçirilməsinə ən geci 3 bank günü qalanadək qəbul edilir.
Hərraca çıxarılan əmlakların ilkin satış qiyməti, növü, behin məbləği və digər məlumatlarla https://clck.ru/37HsyC, https://clck.ru/37Ht2d linkləri vasitəsilə tanış olmaq mümkündür.

Seçilən
51
8
hafta.az

7Mənbələr