AZ

AMB-nin gələn il pul siyasətini nəzərdən keçirəcəyi tarixlər açıqlanıb

2023-cü ildə olduğu kimi 2024-cü ildə də Azərbaycan Mərkəzi Bankı (AMB) pul siyasətinə 8 dəfə baxmağı planlaşdırır. Bu barədə SİA quruma istinadən xəbər verir.

Məlumata görə, AMB-nin pul siyasəti qərarları ictimaiyyətə yanvarın 31-də, martın 28-də, mayın 1-də, iyunun 21-də, iyulun 31-də, sentyabrın 18-də, oktyabrın 30-da və dekabrın 18-də açıqlanacaq.

Qərarlardan dördünü qurumun sədri Taleh Kazımov mətbuat konfransında açıqlayacaq. Media nümayəndələri ilə görüşlər yanvar, may, iyul və oktyabr aylarına nəzərdə tutulub.

Seçilən
80
10
sia.az

10Mənbələr