Azərbaycan Mərkəzi Bankı (AMB) 2024-cü ildə ölkənin cari əməliyyatlar balansında 7-8 milyard ABŞ dolları profisit gözləyir.
MediaPost xəbər verir ki, bu barədə AMB-nin 2024-cü il üçün pul siyasətinin əsas istiqamətləri barədə Bəyanatında bildirilir.
Məlumata görə, bu proqnoz baza ssenarisinə əsaslanır və gələn il gözlənilən ümumi daxili məhsulun (ÜDM) 9-10 %-i qədərdir.