Sumqayıt-Pirşağı-Bakı istiqamətində elektrik enerjisinin verilməsi bərpa olunub.
Bu barədə MediaPost-a "Azərbaycan Dəmir Yolları" QSC-dən (ADY) məlumat verilib.
Bildirilir ki, bu gün səhər saatlarında Sumqayıt-Pirşağı-Bakı dəmir yolu xətti istiqamətində güclü külək nəticəsində elektrik enerjisinin verilməsində yaranmış texniki nasazlıq "Azərişıq" ASC tərəfindən aradan qaldırılıb