AZ

Vəhşi heyvanların saxlanılması ilə bağlı yeni səlahiyyətli orqanlar müəyyənləşdi

Nazirlər Kabineti 1 may 2001-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Fiziki və hüquqi şəxslərə qeyri-sərbəst və yarımsərbəst şəraitdə saxlanılmasına və yetişdirilməsinə icazə verilən vəhşi heyvanların Siyahısı, habelə onların saxlanılmasına, mühafizəsinə və istifadəsinə dair Tələblərin təsdiq edilməsi barədə” qərarında dəyişiklik edib. SİA xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.

Qərara əsasən, bundan sonra fiziki və hüquqi şəxslər qeyri-sərbəst və yaxud yarımsərbəst şəraitdə saxlanılmasına və yetişdirilməsinə icazə verilən vəhşi heyvanlar xəstəliyə yoluxduqda, onların məhv olmaq təhlükəsi yarandıqda və tərəf olma hallarında dərhal Ekologiya və Təbii Sərvətlər Nazirliyinə, Kənd Təsərrüfatı Nazirliyinə və Qida Təhlükəsizliyi Agentliyinə məlumat verməli, xəstəliklərin profilaktikası və ləğv üzrə kompleks tədbirləri həyata keçirməlidir.

Seçilən
141
12
sia.az

10Mənbələr