AZ

Dəmiryol Muzeyi yenidən açıldı

Bakı. Trend:

“Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) Dəmiryol Muzeyi 28dekabr tarixindən etibarən ziyarətçilərini qəbul etməyəbaşlayıb.

Trend xəbər verir ki, sözügedən muzeyin açılışı 19 noyabr2019-cu il tarixində Prezident İlham Əliyevin iştirakı ilə baştutub.

Sonradan pandemiya dövründə qapalı qalan muzeydə yenidənqurmaişləri aparılıb və yeni eksponatlarla daha da zənginləşdirilib.

Dəmiryol Muzeyi Bakı sərnişin stansiyasının tarixi vağzalkompleksinə daxil olan üç binadan biri – Sabunçu vağzalınınbinasında (“28 May” metro stansiyasının yaxınlığında) yerləşir.

Azərbaycan milli memarlıq ənənələrinə uyğun inşa edilmiş binaxarici görünüşünə və bir çox elemetlərinə görə Şirvanşahlarsarayını xatırladır. Binada milli şəbəkə sənəti üslubunda qurulmuşpəncərələr, binanın girişinin fasadının yuxarı hissəsində isəŞirvanşahlar dövrünə aid dekor, saat qülləsində daşdan yonulmuşaslan təsvirləri diqqət çəkir.

Muzeydə 2 eksponat zalı, kino zalı, mədəniyyət və korporativtədbirlərin təşkili üçün salonlar fəaliyyət göstərir. Buradavaxtaşırı olaraq imza günləri, qiraət saatları, kitab və rəsmsərgiləri, ictimai xadimlərlə görüşlər və s. kimi tədbirlərintəşkili nəzərdə tutulub.

Zallarda ölkəmizin dəmir yolu sahəsinin inkişaf mərhələlərinəaid müxtəlif maraqlı eksponatlar, o cümlədən XIX əsrdə dəmiryolunun yaranması tarixini əks etdirən foto və video materiallar,qatar modelləri nümayiş olunur. Həmçinin Ulu Öndər Heydər Əliyevinölkəmizdə dəmir yollarının inkişafına göstərdiyi misilsizxidmətlərin yer aldığı fotoguşə də yerləşdirilib.

Muzeyə giriş məktəblilər və tələbələr üçün ödənişsiz əsaslarlahəyata keçiriləcək. Muzeyin şəhərin mərkəzində yerləşməsi xaricituristlərin də məkanla tanışlığına fürsət yaradacaq.

Məqalədə:
Seçilən
135
15
az.trend.az

10Mənbələr