AZ

“Seriallarımızda hamı kiməsə oxşamağa çalışır” - ŞƏRH

Teleseriallar hər zaman cəmiyyətdə müəyyən insanların maraq dairəsində olub. İndi balaca uşaqlardan tutmuş yaşlılara qədər hər kəsin vaxt ayırdığı seriallar var. Demək olar ki, seriallarsız həyatımızı təsəvvür etmək qeyri-mümkün olub.

Bizim tamaşaçılarımız isə türk seriallarına daha çox maraq göstərir. Bəs, bunun səbəbi nədir? Yerli seriallarımızda nə çatışmır?

Aktrisa Günel Məmmədova mövzu ilə əlaqədar MediaPost-a açıqlama verib. Onun sözlərinə görə, özümüzü unutmayaraq özümüz kimi çəkmək lazımdır:

alt

“Yerli seriallarımızda bir çox nüanslar var ki, onlar tamaşaçı ilə yaradıcı heyət arasında bir soyuqluq yaradır. Burada maddi tərəflər də özünü göstərir. Qaldı maddiyyatdan kənara çıxaraq, mənəvi tərəfdən yanaşsaq, seriallarımızda hamı kiməsə oxşamağa çalışır. Biri türkə, biri də başqasına. Yəni seriallarımızda özümüz olmaq çatışmır. Özümüzü unutmayaraq özümüz kimi çəkmək lazımdır”.

Fidan Ramazan

Seçilən
74
mediapost.az

1Mənbələr