AZ

Baş Prokurorluq: Tərtər sakininin minaya düşməsi ilə əlaqədar araşdırma aparılır

Bakı, 6 oktyabr, AZƏRTAC
Oktyabrın 6-sı saat 21 radələrində Tərtər rayonunun Həsənqaya kəndi ərazisində 1992-ci il təvəllüdlü Zaləddin Həsənlinin minaya düşməsi nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alması barədə rayon prokurorluğuna məlumat daxil olub. Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, digər zəruri istintaq hərəkətləri aparılıb. Hazırda qeyd edilən faktla bağlı Tərtər Rayon Prokurorluğunda araşdırma aparılır.

Seçilən
53
14
yenimedia.az

10Mənbələr