AZ

ABŞ iki rus diplomatını ölkədən çıxarır

ABŞ Rusiya Federasiyasının son analoji addımına cavab olaraq iki rus diplomatına Amerika ərazisini tərk etmə əmri vermək qərarına gəlib.














Ucnoqta.az xəbər verir ki, bu barədə TASS-a Dövlət Departamentinin mətbuat xidmətindən məlumat verilib.






"Dövlət Departamenti Rusiya Federasiyasının Amerikanın Moskvadakı səfirliyindən iki diplomatı qovulmasına cavab olaraq ABŞ-da çalışan iki Rusiya səfirliyinin əməkdaşını persona non-qrata elan edib", - XİN bildirib.






Dövlət Departamenti iddia edib ki, Rusiya amerikalı diplomatlara qarşı təqiblərlə səciyyələnən davranış nümunəsi nümayiş etdirir.






Dövlət Departamenti bildirib ki, ABŞ administrasiyası öz diplomatlarına qarşı bu cür rəftara “səbir etməyəcək”. Dövlət Departamentinin fikrincə, Amerika tərəfinin hazırkı qərarı ABŞ-ın Moskvadakı səfirliyinin əməkdaşlarına qarşı “qəbuledilməz hərəkətlərin” “nəticələrinin olacağını” açıq şəkildə göstərir.

Seçilən
103
yenimedia.az

1Mənbələr