AZ

Tərtər sakininin minaya düşməsi ilə əlaqədar araşdırma aparılır

Oktyabrın 6-sı saat 21 radələrində Tərtər rayonunun Həsənqaya kəndi ərazisində 1992-ci il təvəllüdlü Zaləddin Həsənlinin minaya düşməsi nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alması barədə rayon prokurorluğuna məlumat daxil olub.
Baş Prokurorluğun mətbuat xidmətindən hafta.az-a bildirilib ki, Prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, digər zəruri istintaq hərəkətləri aparılıb.
Hazırda qeyd edilən faktla bağlı Tərtər Rayon Prokurorluğunda araşdırma aparılır.

Seçilən
32
14
yenimedia.az

10Mənbələr