AZ

Türkiyədə antiterror əməliyyatı - 92 nəfər saxlanıldı

Türkiyədə keçirilən antiterror əməliyyatı zamanı İŞİD terror təşkilatı ilə əlaqədə şübhəli bilinən 90-dan çox şəxs saxlanılıb.

525.az xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyinin rəhbəri Əli Yerlikaya "X" sosial şəbəkəsindəki səhifəsində yazıb.

“Terrorla mübarizə üzrə ərazi bölmələri tərəfindən Türkiyənin 26 əyalətində keçirilən əməliyyat çərçivəsində “İslam Dövləti” ilə əlaqədə olmaqda şübhəli bilinən 92 nəfər saxlanılıb”, - deyə nazir bildirib.

Yerlikaya deyib ki, Türkiyə son terrorçu zərərsizləşdirilənə qədər terrora qarşı mübarizəyə davam edəcək. 

Qeyd edək ki, Yerlikaya bir müddət əvvəl “Qəhrəmanlar” antiterror əməliyyatının həyata keçirildiyini açıqlayıb. Onun sözlərinə görə, əməliyyat ölkənin 64 vilayətində keçirilib, 928 nəfər saxlanılıb, 744 dövlət qeydiyyatı olmayan silah müsadirə edilib.

Havar Şəfiyeva






















Bizi İnstagramda izləyin

Seçilən
98
10
yenimedia.az

10Mənbələr