Bakı. Trend:
Oktyabrın 6-da Bakıda Baş nazirinin müavini, Azərbaycan
Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət
və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının
həmsədri Şahin Mustafayev ilə İran İslam Respublikasının yol və
şəhərsalma naziri, Komissiyanın İran tərəfdən həmsədri Mehrdad
Bəzrpaş arasında görüş keçirilib.
Nazirlər Kabinetinin mətbuat xidmətindən Trend-ə verilən
məlumata görə, tərəflər bu gün Zəngilan rayonunun Ağbənd qəsəbəsi
yaxınlığında təməlqoyma mərasiminin keçirilməsi, müvafiq inşaat
işlərinə başlanılması və inşa ediləcək yeni dəmiryolu xətti və
körpülərinin planlarının müzakirəsi ilə bağlı məmnunluqlarını ifadə
ediblər.
İki ölkənin nümayəndə heyətlərinin iştirakı ilə keçirilmiş
görüşdə Azərbaycanla İran arasında nəqliyyat və kommunikasiya,
enerji və su ehtiyatlarından istifadə ilə bağlı ikitərəfli
gündəlikdə duran aktual məsələlər müzakirə edilib.
Tərəflər regionun tranzit cəlbediciliyinin artırılmasının
önəmini qeyd edərək, “Şimal-Cənub” dəhlizinin vacib komponenti olan
Astaraçay üzərində inşa edilmiş körpünün yaxınlaşma yollarının
tikintisi və sərhəd-gömrük infrastrukturunun yaradılması ilə bağlı
təxirəsalınmaz tədbirlərin görülməsinin zəruriliyini
vurğulayıblar.
Eyni zamanda Astara yük terminalının tikintisinin tezliklə başa
çatdırılması üçün dövlət qurumlarına müvafiq tapşırıqlar
verilib.
Görüşdə həmçinin “Xudafərin”, “Qız Qalası” və “Ordubad-Marazad”
hidroqovşaqlarının və su elektrik stansiyalarının tikintisi
layihələrinin tezliklə yekunlaşdırılması məqsədilə işlərin
sürətləndirilməsinin vacibliyi qeyd edilib.
Danışıqların yekunlarına görə iki ölkə arasında aşağıdakı
sənədlər imzalanıb:
- İran İslam Respublikasının ərazisindən keçməklə Azərbaycan
Respublikasının Şərqi Zəngəzur İqtisadi Rayonu ilə Naxçıvan Muxtar
Respublikası arasında yeni dəmir yolu xəttinin və dəmir yolu
körpülərinin tikintisi haqqında Niyyət Protokolu;
- Azərbaycan-İran dövlət sərhədində Ağbənd (Azərbaycan
Respublikası) - Kəlalə (İran İslam Respublikası) dövlət sərhədinin
buraxılış məntəqələrində Araz çayı üzərində avtomobil sərhəd
körpüsünün və piyada keçidinin tikintisinə dair Birgə İşçi Qrupun
həmsədrlərinin görüşünün Protokolu.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta